“Üçrəngli, ay ulduzlu bayrağım qürurumdur” adlı tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.14-cü bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə 08.11.2018-ci il tarixdə “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüilə əlaqədar tədbir keçirilib.

“Üçrəngli, ay ulduzlu bayrağım qürurumdur” adlı tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə bayrağımızın yaranma tarixi,ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb.

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıblar. Həmçinin, bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.

Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar, rəqslər nümayiş etdiriblər.9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüilə əlaqədar  məktəbin foyesində fotostend hazırlanmışdır.         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi