Zərərli vərdişlərə aid silsilə tədbirlər

Məktəbin illik fəaliyyət planına əsasən məktəbliləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq məqsədilə VIII, IX və XI sinif şagirdləri və valideynlərinin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdən birində Suraxanı rayon GEM-in həkimi Hüseynova Zakirə “Tütün məmularının istifadəsinin məhdudlaşdırılması haqqında”,siqaretin ziyanları barədə, məktəbin tibb bacısı Cəfərova Xalidə isə “Siqaretə yox deyək” adlı məruzələri ilə çıxış etmişdir. Bundan başqa məktəbin biologiya müəllimləri dərslərdə şagirdləri zərərli vərdişlər barədə məlumatlandırmışlar.