Məmməd Arazın 85 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən  mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycanın xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Əliyev Əli açaraq tədbir iştirakçılarını salamlamış, görkəmli şairin “Dünya sənin, dünya mənim” şeirini səsləndirmişdir. Tədbirdə iştirak edən şagirdlər dahi şarinin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra şairin müəllifi olduğu şeirlərdən ədəbi-bədii kompozisiya  səsləndirmişlər.  Daha sonra şagirdlər rəqslər ifa etmiş, mahnılar oxumuşlar.  Şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunmuş, təqdimat göstərilmişdir, dahi şairin şəkillərindən ibarət foto stend hazırlanmışdır. Tədbir  məktəbin Azərbaycan dili Hümmətova Ruhəngiz tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər və müəllimlər iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi