"18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü" ilə əlaqədar tədbir keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.19.-cu bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb.
Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirə daha da rəngarərənglik qatıb. Tədbirdə məktəb rəhbbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər.
Həmçinin, tədbirdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli film nümayiş etdirilib.