"Milli Musiqi Günü"nə həsr olunmuş təşkilat saatı keçirilmişdir

Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü və “Milli Musiqi Günü” nə həsr olunmuş məktəbdə VIII və IX siniflər arasında təşkilat saatı keçirilmişdir. Dərsin keçirilməsində məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyovun haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir.Təşkilat saatında “Milli Musiqi Günü”nə və Üzeyir bəy Hacıbəyovun doğum gününə həsr olunmuş təqdimatlar göstərilmişdir. Ü.Hacıbəyovun “Arşın mal alan”, “O, olmasın bu olsun”, “Koroğlu” əsərlərindən parçalar göstərilmiş, M.Maqamayevin ifasında “Sənsiz” romansı səsləndirilmişdir.