Məktəbdə “Beynəlxalq Sülh Günü” qeyd edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust – 21 sentyabr tarixlərində Beynəlxalq Sülh Günü ilə əlaqədar elan olunmuşdur. Məktəbdə  “Sülh aylığı” çərçivəsində  21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar   “Göyərçinim–sülh quşum”  adlı tədbir keçirilmişdir.

 Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir.

Tədbirdə ölkəmizdə ənənəvi olaraq 21 avqust–21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, “Sülh aylığı”nın mahiyyəti və Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib. Ibtidai və VIII sinif şagirdlərinin ifasında mahnılar səsləndirilib, şeirlər söylənilib, rəqs nömrələri nümayiş olunmuşdur. Daha sonra havaya sülh rəmzi olan göyərçinlər buraxılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi