Tam orta və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi

Tam orta və ümumtəhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasının 5.1-ci bəndinə müvafiq olaraq iyulun 16-də məktəbin 11-ci və 9-cu sinfini bitirən məzunlara valideynlərin və müəllimlərin iştirakı ilə təntənəli surətdə tam orta və ümumi orta təhsil haqqında fərqlənmə attestatları təqdim olundu. Bütün məzunlarımızı təbrik edir və onlara uğurlar arzu edirik.