“Son zəng” tədbiri keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.32-ci bəndinə əsasən məzunların doğma məktəblə vidalaşması məqsədilə  XI sinfi bitirən şagirdlər üçün “Son zəng” tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra açıq elan olundu. Məktəbin həm Azərbaycan, həm də rus bölməsinin 11-ci sinif şagirdləri və birincilər öz çıxışları  ilə  son zəng tədbirini  daha da rəngarəng etdilər.  Onlar mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim ediblər.Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanla təltif olunublar. Tədbirdə məktəb rəhbəliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi