"Əlifba bayramı"

Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir.  Birincilər bu gün həyatda ən vacib addımlardan birini atırlar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar. Bu münasibətlə məktəbin 1 "b "sinfində əlifbanı uğurla bitirdiklərinə görə əlifba bayramı keçirilmişdir. Açılış birincilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Daha sonra  birincilər şeirlər söylədilər, mahnılar oxudular,   Əlifba bayramı üçün  hazırladıqları səhnələri “Turpun nağılı”, “Tıq-tıq xanım”  oynayaraq tədbiri dahada rəngarəng etdilər . Kiçik səhnəciklərlə öz məharətlərini göstərdilər, ən başlıcası, milli rəqslərimizlə yanaşı, dünya xalqlarının bir  neçə  rəqsini də ifa etdilər. Tədbir məktəbin ibtidai sinif müəllimi Rəhimova Zəlihə tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi