“Xoşbəxt olsun uşaqlar” adlı   tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.31-ci bəndinə əsasən uşaq hüquqlarının təbliği məqsədilə  “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı   tədbir keçirilmişdir. Tədbirdə uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Bayram tədbirinin keçirilməsində əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda vətənə məhəbbət, dostluq, birlik, sülhsevərlik, milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhval-ruhiyyə yaratmaqdan ibarətdir.

Məktəbin ibtidai sinif  şagirdləri rəngarəng proqramla çıxış edib. Şagirdlər Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərini ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.  İstedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib, rəqs kollektivləri milli rəqslərimizlə yanaşı, müxtəlif ölkələrin - Hindistan, Rusiya, Özbəkistan, Türkiyə kimi ölkələrin musiqi nömrələrini ifa etmişdirlər.

Bayram münasibətilə uşaqları təbrik edən məktəbin direktoru Elmira xanım Ələkbərova  azərbaycanlı balaların səsinin daima yüksəklərdən gəlməsini və hər zaman uğur qazanmasını arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi