Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə münasibətilə tədbir

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2018-ci il tarixli F-84  nömrəli əmrinə və məktəbin illik fəaliyyət planının 1.3.30-cu bəndinə əsasən  müasir və müstəqil azərbaycançılıq ideyalarının təbliği məqsədilə X və VII siniflərin iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi S.Məmmədsalahova açdı. O, nitqində söyləmişdir ki, “Yaşadığımız müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin davamçısıdır”  Giriş nitqindən sonra Azərbaycan Respublikasının İlham Əliyevin  AXC-nin 100 illiyinin qeyd edilməsi ilə nitqi səsləndirildi.Tədbirdə AXC-nin 100 illiyi ilə bağlı  müxtəlif  səhnəciklər göstərilmişdir. Bunlardan  9b sinif şagirdi İmanov Əli Əhməd bəy Ağayevin müstəqillik haqqında bəyannaməsini tədbir iştirakçılarını tanış etmiş, həmçinin Batumi müqaviləsinin (4 iyun 1918-ci il)  imzalanma prosesi canlandırılmışdır.  Daha sonra 10 q sinif şagirdi Səlimov Vaqif  Ü.Hacıbəyov rolunda himnin tarixi ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırmış, Qəmbərov Orxan isə  M.Ə.Rəsulzadənin tarixi çıxışını  göstərmişdir. 7 a sinif şagirdləri AXC – nin tarixi ilə maraqlı faktları tədbir iştirakçılarının nəzərinə çatdırır. “Mollaların söhbəti” adlı səhnəcikdə isə  AXC hökümətinin müsəlman şərqində ilk dəfə məhz Azərbaycanda  qadına seçki hüququ verilməsi vurğulandı. Bundan başqa şagirdlər “AXC – nin  üzvlərini tanıyırsınızmı?” mövzusunda  monitorda göstərilən şəkilləri izah etdilər. Sonda şagirdlər əllərində dövlət bayrağımızı dalğalandıraraq “Yaşa Azərbaycan” mahnısı ifa etmişdirlər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi