"Əbədi ezamiyyət" adlı sənədli filminə baxış

Məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçirilir. 18 may tarixində M.Həsənovun ssenarisi əsasında çəkilmiş "Əbədi ezamiyyət" adlı sənədli filminə baxış keçirildi.Filmdə AXC -nin görkəmli şəxsiyyətlərinin siyasi fəaliyyəti əks olunmuşdur.Filmi maraqla izləyən şagirdlər Paris Sülh Konfransının iştirakçısı olmuş Ə.Topçubaşov, C.Hacıbəyli və digər siyasi xadimlərin Azərbaycanın müstəqilliyinin tanınması uğrunda apardıqları mübarizə ilə tanış oldular.