9 – cu sinifdə texnologiya fənnindən "Açıq dərs"

Məktəbin illik fəaliyyət planının 1.1.1.19-cu bəndinə əsasən şagirdlərdə estetik zövqün formalaşdırılması, bilik və bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi eləcə də, tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqi vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə 9 – cu sinifdə texnologiya fənnindən "Açıq dərs" keçirilmişdir. "Açıq dərs" məktəbin texnologiya müəllimi Məmmədova Şəfəq tərəfindən hazırlanmışdır.