“Rənglərin festivalı” adlı tədbir keçirilmişdir

Ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olnumuş silsilə tədbirlər davam edir. Bu münasibətilə  Aytən Həsənovanın rəhbərlik etdiyi “AyArt” studiyası ilə və 87 nömrəli tam orta məktəbin təşkilatçılığı “Rənglərin festivalı” adlı tədbir keçirilmişdir. Tədbirin açılışında sülh və həmrəylik rəmzi olan göyərçinlər alqışlarla havaya buraxıldı. Bədii hissəni məktəbimizin yetirməsi olan Beynəlxalq Müsabiqələr laureatı Ərəstun Quliyev “Azərbaycan” mahnısı ilə açdı. Məktəbin 5 a sinif şagirdləri ulu öndər H.Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunmuş    bədii kompozisiya ilə çıxış etdilər. Festivalda iştirak edən qonaqlar və layihə iştirakçıları böyük məmnunluqla burada sərgilənən dekarativ  tətbiqi sənətin növləri ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi