Məktəbin illik fəaliyyət planına əsasən Azərbaycan xalq Cumhuriyyətinin 100-cü ildönümü münasibətilə, Ulu öndər H.Əliyevin 95-ci ildönümü ilə, II dünya müharibəsində qazanılan qələbə ilə əlaqədar olaraq 2 a sinif şagirdləri Ümummili lider H.Əliyevin və iki dəfə sovet ittifaqı qəhramanı H.Aslanovun büstünü ziyarət etmişdirlər. Ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoymuş, ədəbi-bədii kompozisiya ilə çıxış etmişdirlər.