Görkəmli oftalmoloq alim, Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

Məktəbdə  görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar VIII – IX sinif şagirdlərinin iştirakı ilə   tədbir keçirilmişdir. Tədbirdə şagirdlərə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən danışılıb. Zərifə xanımın əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür - gün yoldaşı kimi daim qəlblərdə yaşadığı qeyd edilib.Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında  müstəsna xidmətləri xüsusi vurğulanıb. Tədbirdə şagirdlər tərəfindən anaya aid şeirlər, mahnılar ifa edilib.Tədbirdə akademik Zərifə Əliyevaya həsr edilən sənədli film nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi