“Milli Dəyərlərimiz Bizim Sərvətimizdir!” adlı maarifləndirici tədbir keçirilmişdir

Suraxanı Gənclər evinin direktoru Natavan xanım Rüstəmova və onun kollektivi, eyni zamanda 87 №-li tam orta məktəbin direktoru Elmira xanım Ələkbərova və onun kollektivinin birgə təşkilatçılğı ilə Suraxanı Gənclər evində “Milli Dəyərlərimiz Bizim Sərvətimizdir!” adlı maarifləndirici tədbir keçirilmişdir. Suraxanı Gənclər evinin metodistləri tərəfindən milli musiqimiz, filmlərimiz və onların tarixi haqqında geniş məlumat verildi. Tədbirdə sözü gedən filmlərdən fraqmentlər izləyicilərə nümayiş olundu. Rayon gəncləri öz çıxışlarını izləyicilərə nümayiş etdiriblər. “Qaynana”, “Ögey ana”, “Şərikli çörək” kimi Azərbaycan filmlərində səslənən musiqilərdən hazırladıqları fləşmobu, canlı ifalar, vals rəqsi, “Arşın Mal Alan” filmindən musiqili səhnə təqdim edildi. Tədbirin fəal iştirakçıları diplomlar ilə təltif olundular.