Aprel döyüşlərinə həsr olunmuş tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.23-cü bəndinə əsasən 2016-cı il aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə tədbir keçirilib. Aprel döyüşləri ilə əlaqədar məktəbdə divar qəzetləri, stendlər və guşələr, hazırlanmışdır.
Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərə geniş məlumat verilib.
Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.
Daha sonra aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx da nümayiş etdirilib.