"Aktyor şagirdlər" adlı tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 4 "C" sinfinin şagirdlərinin iştirakı ilə "Aktyor şagirdlər" adlı tədbir keçirilmişdir. Tədbirdə filmlərimizdən məzəli və ibrətamiz səhnələr göstərildi. Hüseynzadə Rafaelin ifasındakı monoloq da tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu. Tədbir məktəbin ibtidai sinif müəllimi Qarayeva Aytən tərəfindən hazırlanmışdır.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər.