“Qaraca qız” əsərindən bir parça

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 3 "A" sinfinin şagirdlərinin iştirakı ilə Süleyman Sani Axundovun qorxulu nağıllar silsiləsindən olan,uşaqların psixoloji mühüm əhəmiyyət kəsb edən “Qaraca qız” əsərindən bir parça səhnələşdirilmişdir. Daha sonra şagirdlərin hazırladıqları suallar müzakirə olundu.Kasıb və zadəgan ailələri arasındakı yaşam fərqi, insana məxsus müsbət və mənfi keyfiyyətlər təhlil olundu.Nağıl məktəbin ibtidai sinif müəllimi Məmmədova Fatimə tərəfindən hazırlanmışdır.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər.