31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.22-ci bəndinə əsasən Azərbaycan xalqına qarşı yürüdülən erməni təcavüzkarlığı siyasətinin nəticələrini şagirdlərə aşılamaq, erməni təcavüzkarlığını və terrorizmini pisləmək, şagirdlərə Azərbaycan xalqının düşmənlərini tanıtdırmaq məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilmişdir. VIII sinif şagirdlərinin ifasında 31 mart hadisələrinə həsr edilmiş şeirlər söyləyib, hərbi-vətənpərvərlik mövzusunda mahnılar səslənmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbir məktəbin tarix müəllimi İbrahimova Afət tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbəliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər. Bundan başqa Soyqırımı Günü ilə əlaqədar məktəbdə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanmışdır.