"Yurdumuza bahar gəlir" adlı tədbir

    87 nömrəli tam orta məktəbin və Suraxanı Gənclər evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirilmişdir. Suraxanı Gənclər evi Sosial Xidmət Müəssisəsinin metodistləri Fərəh Məcidzadə və Kamil Yaqubov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər. Daha sonra şagirdlərin ifasında şeirlər səsləndi, rəqslər nümayiş olundu. Milli adət-ənənələrimizə əks etdirən qısametrajlı film göstərildi. Suraxanı Gənclər evində fəaliyyət göstərən "Günəş" rəsm studiyasının rəhbəri Ülviyyə Paşayeva da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq Novruz bayramı münasibətilə təbrik etdi və master-klas barəsində geniş məlumat verdi. "Günəş" rəsm studiyasının fəaliyyətindən danışdı. Rəsm müsabiqəsinin nəticələri elan olundu və fərqlənən şagirdlər diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi