"Tülkünün aqibəti" adlı tamaşa

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 2 "A" sinfinin şagirdləri 15.03.2018-ci il tarixində “Tülkünün aqibəti” adlı nağılını səhnələşdirilmişdirlər. Nağılın səhnələşdirilməsində məqsəd şagirdlərə ağılla düşünüb bütün çətinliklərin qarşısını almaq, hər bir işi birlikdə görmək, hamını bir olmağa səsləməkdən ibarət olmuşdur. Tədbirin sonunda tamaşada fəal iştirak edən şagirdlər diplomla təltif olundular. Nağıl məktəbin ibtidai sinif müəllimi Dünyamalıyeva Tamilə tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər.