“British food” mövzusunda "Açıq dərs"

Məktəbin illik fəaliyyət planına əsasən xarici dilinin tədrisinin yaxşılaşdırılması,şagirdlər arasında sərbəst nitq qabiliyyətinin monitorinqinə və xarici dillərin tədrisi vəziyyətinin yüksəldilməsinə nail olmaq məqsədilə xarici dil həftəsi davam etdirilir. Bununla əlaqədar olaraq məktəbin 6 "A" sinif şagirdlərinin iştirakı ilə “British food” mövzusunda açıq dərs keçirildi. Dərsdə müasir təlim metodlarından, təlim texnologiyalarından istifadə olunmuşdur. Şagirdlər dərsdə videoçarx izləmiş, həmin videoçarxda verilən ingilis yeməkləri haqqında danışıb, həmin mövzuda müxtəlif tapşırıqlar yerinə yetirmişdilər. Daha sonra sağlam və qeyri sağlam qidalar haqqında poster hazıladılar, həmçinin şagirdlər klaster və Venn diaqramından istifadə edərək tapşırıqları yerinə yetiriblər. Sonda şagirdlər “Four corner” adlı oyunu böyük maraqla oynadılar. "Açıq dərs" məktəbin ingilis dili müəllimi Səlimova Arzu tərəfindən hazırlanmışdır.