VI,VII və VIII sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına əsasən xarici dilinin tədrisinin yaxşılaşdırılması,şagirdlər arasında sərbəst nitq qabiliyyətinin monitorinqinə və xarici dillərin tədrisi vəziyyətinin yüksəldilməsinə nail olmaq məqsədilə xarici dil həftəsi davam etdirilir. Bununla əlaqədar olaraq məktəbin VI,VII və VIII sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Şagirdlər müxtəlif nominasiyalarda öz bacarıqlarını, dil vərdişlərini nümayiş etdirdilər. Şagirdlərin ingilis milli geyimində nümayiş etdirdiyi rəqslər hamının marağına səbəb oldu. Şagirdlər ingilis dilində müxtəlif mövzularda şeirlər söyləyib, mahnılar oxudular. Tədbir məktəbin ingilis dili müəllimləri Səlimova Arzu, Güləliyeva Svetlana, Bağırova Yeganə, Hüseynova Cəmilə və Səfərova Sevinc tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.