5 "D", 5 "E" və 5 "Ç" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına əsasən xarici dilinin tədrisinin yaxşılaşdırılması,şagirdlər arasında sərbəst nitq qabiliyyətinin monitorinqinə və xarici dillərin tədrisi vəziyyətinin yüksəldilməsinə nail olmaq məqsədilə xarici dil həftəsinə start verilmişdir. Bununla əlaqədar olaraq məktəbin 5 "D,  5"E" və 5"Ç" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Şagirdlər müxtəlif nominasiyalarda öz bacarıqlarını, dil vərdişlərini nümayiş  etdirdilər. Bu tədbirdə şagirdlər dostluğa dair, fəsillərə və sevimli ev heyvanlarına dair şeirlər söylədilər. İngiltərənin məşhur və görkəmli insanları haqqında, Böyük Britaniya Krallığına daxil olan Uels haqqında, məşhur rejissor Uolt Disney haqqında maraqlı təqdimatlar nümayiş etdirdilər. İngilis dilində mahnı, rəqs vvə kiçik səhnəciklər göstərdilər. “Ən yaxşı jurnalist” nominasiyasında 5 "D" sinfinin şagirdləri öz jurnalist bacarıqlarını nümayiş  etdirdilər. Tədbir məktəbin ingilis dili müəllimi Səfərova Sevinc tərəfindən hazırlanmışdır. Tədbirdə  məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi