“Wealthy regions of Azerbaijan” mövzusunda "Açıq dərs"

Məktəbin illik fəaliyyət planına əsasən xarici dilinin tədrisinin yaxşılaşdırılması,şagirdlər arasında sərbəst nitq qabiliyyətinin monitorinqinə və xarici dillərin tədrisi vəziyyətinin yüksəldilməsinə nail olmaq məqsədilə xarici dil həftəsinə start verilməsi ilə əlaqədar olaraq məktəbin 7 "E" sinfində “Wealthy regions of Azerbaijan” mövzusunda "Açıq dərs" keçirilmişdir. Şagirdlər Azərbaycanın Quba, Göyçay, Lənkəran, Qəbələ, Gədəbəy, Şuşa və Gəncənin təbiətindən, gəzməli-görməli yerlərindən, tarixi abidələrindən, meyvə və tərəvəzlərindən məlumat verdilər. Şagirdlər qrammatik mövzularda tapşırıqlar yerinə yetirildilər. "Açıq dərs" məktəbin ingilis dili müəllimi Yusifzadə Esmira tərəfindən hazırlanmışdır.