"1 mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar tədbir keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.19-cu bəndinə əsasən şagirdlərdə fövqaladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə  "1 mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

Suraxanı rayon Fövqaladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi Renat Fəzlyulov və onun əməkdaşlarının iştirak etdiyi tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi barədə şagirdlərə geniş məlumat verilib.

Məktəbdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim prosesi də həyata keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.

Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.

Məktəbin 2,5 və 6 – cı siniflərində  mülki müdafiəyə həsr olunan “Açıq dərs”lər təşkil olunub. Dərslər zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi