Xocalı soyqırımının iyirmi altıncı  ildönümü ilə əlaqədar “Ana harayı” adlı  tədbir keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən şagirdləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmaq, milli qəhrəmanlarımız, işğal altında olan torpaqlarımız, maddi mənəvi sərvətimiz haqqında şagirdləri məlumatlandırmaq məqsədilə  Xocalı soyqırımının iyirmi altıncı  ildönümü ilə əlaqədar “Ana harayı” adlı  tədbir keçirilib. “Ana harayı” adlı mövzusunda   keçirilmiş  tədbir Suraxanı rayon İcra Hakimiyyəti, 87 nömrəli  tam orta məktəb və 327 nömrəli  tam orta məktəblə  birgə təşkil olunmuşdur. Tədbirdə Xocalı sakinləri ilə iştirak etmişdirlər.

Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hislərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, mahnılar,  işğal olunmuş torpaqlarımız və uğurlarımız haqqında ədəbi-bədii kompozisiyalar vasitəsilə ifadə ediblər. “Dədə Qorqud” dastanından – Burla Xatunun oğlu ilə dialoqu səsləndirilib. Tədbirdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarx   nümayiş olunub, əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi