“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş breyn-rinq

21.02.2018-ci il tarixində məktəbin 6 "A" sinfində ingilis dilində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş breyn-rinq keçirilmişdir. Breyn – rinqdə şagirdlər verilən suallara məharətlə cavab verdilər. Dillə bağlı söz assosiasiyası xüsusilə şagirdlərin marağına səbəb oldu. Şagirdlər Xocalı soyqrımı ilə bağlı öz fikirlərinə ingilis dilində bildirdilər. B.Vahabzadənin “Ana dili”nə həsr olunmuş video çarxı nümayiş olundu. Bu tərbiyəvi şeir bir daha Azərbaycan dilinin nə qədər qədim, gözəl və şirin dil olduğunu vurğuladı. Breyn rinq məktəbin ingilis dili müəllimi Səlimova Arzu tərəfindən hazırlanmışdır.