“Mənim doğma Azərbaycanım” adlı tədbir keçirilmişdir

Məktəbdə 7 "D" sinfinin şagirdlərinin iştirakı ilə 15.02.2018-ci il tarixində “Mənim doğma Azərbaycanım” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbir  “Tarixi koleydoskop” şəklində təqdim olunmuşdur. Şagirdlər Azərbaycanın poeziyasından – N.Gəncəvidən,X.Şirvanidən, M.Gəncəvidən, Nəsimidən, M.Füzulidən, Şəhriyardan, S.Vurğundan  sitatlar söylədilər. Daha sonra şagirdlər Azərbaycan memarları, XIII-XVIII əsr Azərbaycan rəssamları, heykəltəraşları  xalq  və estrada mahnılarının ifaçıları Azərbaycanın milli geyimləri, milli xörəkləri, Azərbaycan kinosu haqqında məlumat verdilər. Prezident İ.Əliyevin müasir Azərbaycan tarixində rolu barədə danışıldı. Tədbirin sonunda şagirdlərin milli rəqsləri, M.Maqomayevin “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbir məktəbin tarix müəllimi Məmmədova Fəridə tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər və müəllimlər iştirak etmişdirlər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi