"Qırmızı terror" adlı ədəbi-bədii gecə

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən məktəblilərinin mütaliə vərdişlərinin müəyyənləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırlıması məqsədilə V-X sinif şagirdlərinin iştirakı ilə “Qırmızı terror” adlı ədəbi – bədii gecə keçirilmişdir. Tədbir şair, yazıçı və dramaturq Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidə həsr olunmuşdur. Gecədə ədibin yaradıcılığından nümunələr söylənildi, dram əsərlərindən səhnələr təqdim edildi. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Məmmədova Kifayət və Mehdiyeva Şəhla tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər,şagirdlər iştirak etmişdirlər.