“Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən şagirdlərə vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksədilməsi məqsədilə 20 Yanvar faciəsinin 28-ci ildönümünün qeyd edilməsi ilə bağlı məktəbdə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin VIII və I sinif şagirdləri iştirak etmişdirlər. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açılmışdır. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.Tədbir məktəbin tarix müəllimi İbrahimova Afət və UBTR tərəfindən hazırlanmışdır.