"Keçmişə səyahət" adlı tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.16 –cı bəndinə əsasən Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə dünya azərbaycanlılarının “Həmrəylik Günü”nə həsr olunmuş məktəbin rus bölməsinin 6 "D" və 6 "E" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Azərbaycan mədəniyyəti haqqında rəngarəng, musiqili təqdimatlar göstərdilər, Azərbaycan haqqında mahnılar səsləndi, milli rəqslər ifa olundu. Tədbirin təşkil olunmasında 6 "D" sinfinin rəhbəri Ataşova Səbinə və bir qrup valideynlər yaxından köməklik göstərmişdirlər. Tədbir məktəbin tarix müəllimi Məmmədova Fəridə tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etmişdirlər.