“Azərbaycanımı – doğma diyarımı tanıdaq” adlı tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.16 –cı bəndinə əsasən Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə dünya azərbaycanlılarının “Həmrəylik Günü”nə həsr olunmuş 23.12.2017-ci il tarixdə “Azərbaycanımı – doğma diyarımı tanıdaq” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Tədbirdə məktəbin ibtidai sinif şagirdləri və müəllimləri yaxından iştirak etmişdirlər. Tədbirdə hər bir sinif ayrı – ayrı Azərbaycanın rayonlarını və şəhərlərini təmsil edirdi. Hər bir rayonun tarixi, adət - ənənələri haqqında danışdılar, bölgələrimizə məxsus rəqslər və mahnılar səsləndirdilər. Bölgə və rayonlarımıza aid milli geyimlərdə olan şagirdlər həmin rayonun milli mətbəxinə aid nümunələr göstərdilər. Daha sonra məktəbin 7 "A" sinfinin qızlarının və 3 "E" sinfinin şagirdlərinin ifasında yeni ilə aid mahnılar, rəqslər nümayiş olundu. Tədbirin sonunda yeni 2018-ci ilin rəmzi olan sarı it, şaxta baba və qar qızın, yadplanetlilərin çıxışları isə hamının marağına səbəb oldu. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və YAP Suraxanı rayon Qadınlar Şurasının sədri Zəkiyyə xanım Musayeva iştirak etmişdir.