"Ədəbiyyat biliciləri"nin məktəb mərhələsi keçirildi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinə dair Azərbaycan Respublikası təhsil nazirinin 16.11.2017-ci il tarixli 399 nömrəli əmri imzalanmışdır. Bununla əlaqədar olaraq 12.12.2017-ci il tarixdə musabiqənin məktəb mərhələsi keçirilmişdir. Müsabiqədə bədii ədəbiyyatla maraqlanan, mütaliə etməyi sevən VIII – XI sinif şagirdləri iştirak etmişdirlər. Müsabiqənin şərtinə əsasən, şagirdlərlə şifahi sorğu keçirildi. Sonra onlara sorğu anketləri paylandı. Sorğuya əsasən şagirdlərin arasından ən çox mütaliə edənlər seçildi.