2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində xeyriyyə konserti

09.12.2017-ci il tarixində 87 № li tam məktəbin şagird və müəllim kollektivi Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində xeyriyyə konserti ilə çıxış etmişdirlər. Müəssisənin baş həkimi, əməkdar həkim Səfərova Pərvanə Əli qızı məktəbin kollektivini salamlayaraq “Xoş gəlmişsiniz” dedi. Məktəbin 7 "A" sinfinin qızlardan ibarət rəqs qrupu Azərbaycan, rus, ingilis dilillərində mahnılar oxudular, şən haxıştalarla dinləyicilərin zövqünü oxşadılar. Sonra isə nağaranın müşayiəti ilə 7 "A" sinfinin oğlanlardan ibarət rəqs qrupu şən ritmlərlə tədbiri davam etdirdilər. Konsertin sonunda isə 7 "E" sinfinin rəqs qrupu xarici musiqinin sədaları altında uşaq evinin sakinlərini sevindirdilər və rəqsə dəvət etdilər. Musiqili tədbirdən sonra məktəbin müəllim kollektivi uşaq evinin sakinlərinin otaqlarına baxış keçirtdilər və onların həyat tərzi ilə tanış oldular. Tədbirin sonunda müəssisənin baş həkimi Səfərova Pərvanə məktəbin bütün kollektivinə xeyriyyə məqsədilə keçirilmiş gözəl tədbirə görə öz təşəkkürünü bildirdi və hər zaman müəssisənin qapıların bizim üçün açıq olduğunu bəyan etdi.