“Əbədiyaşar lider” adlı anım tədbiri keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən Ulu Öndər H.Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi və anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bununla əlaqədar olaraq məktəbin siniflərində sinif təşkilat saatları keçirilmiş, məktəbin foyesində stend hazırlanmış, şagirdlər əbədi-bədii kompozisiya ilə çıxış etmiş, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra ibtidai siniflərdə “Əbədiyaşar lider” adlı anım tədbiri keçirilmişdir. Dövlət Himni səsləndirildikdən sonra anım tədbirində dövlət quruculuğunda misilsiz xidmətləri olan türk dünyasının böyük oğlu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif sahələrini əks etdirən təqdimat göstərildi, ibtidai sinif şagirdlərinin ifasında şeirlər səsləndi, videoçarx nümayiş olundu. Tədbir məktəbin ibtidai sinif müəllimi Rəhimova Zəlihə tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişdirlər.