Fəxri Xiyabana ziyarət

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən Ulu Öndər H.Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi və anım gününə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinə artıq başlanmışdır. Bununla əlaqədar olaraq məktəbin 1 "B", 7 "D", 6 "C" və 9 "C" sinif şagirdləri və müəllimləri Fəxri Xiyabanı ziyarətə getmiş, Ulu Öndərin məzarı önünə gül-çiçək dəstələri qoymuş, ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.