“Mətn redaktorunda cədvəl” mövzusunda "Açıq dərs"

Məktəbin illik fəaliyyət planının 1.1.1.2- ci bəndinə əsasən fənlər üzrə bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə 04.12.2017-ci il tarixində məktəbin 7 "B" sinfində informatika fənnindən “Mətn redaktorunda cədvəl” mövzusunda "Açıq dərs" keçirilmişdir. Açıq dərs müddətində şagirdlər mətnə uyğun cədvəl informasiya modelini, MS Word proqramında cədvəl yaratdılar, hazır cədvələ sətir və sütun əlavə etdilər, xanalardakı mətni format etdilər. Açıq dərs məktəbin informatika müəllimi Hüseynova Pərvanə tərəfindən aparılmışdır.