S.S.Axundovun "Qaraca qız" hekayəsinin müzakirəsi təşkil olunmuşdur

Məktəbin illik fəaliyyət planının 1.3.11- ci bəndinə müvafiq olaraq məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və bədii əsərlərin şagirdlər tərəfindən müzakirəsinin təşkili məqsədilə məktəbin 5 "C" sinfində jurnalist Gülnarə İlhamın səsləndirdiyi S.S.Axundovun "Qaraca qız" hekayəsinin şagirdlər tərəfindən müzakirəsi təşkil olunmuşdur.