“Narkomaniya və QİÇS-in məna və mahiyyətləri” mövzusunda "Dəyirmi masa" keçirildi

        Hər il  dekabr ayının 1-də “ Ümumdünya QİÇS-lə Mübarizə Günü” qeyd edilir. Bununla əlaqədar olaraq  01 dekabr 2017-ci il tarixində  Bakı şəhəri 87 nömrəli tam orta məktəbin  rus  bölməsinin XI sinifləri,  Azərbaycan bölməsinin isə IX sinifləri  arasında “Narkomaniya və QİÇS-in məna və mahiyyətləri” mövzusunda "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da şagirdlər ötən əsrin ən böyük bəlası olan bu xəstəlik haqqında məlumat verdilər, təqdimatlar nümayiş olundu, zərərli vərdişlərə aid videoçarx göstərildi, şeirlər söylənildi. "Dəyirmi masa" aparılan müzakirələrdə bir daha  sübut olundu ki, bəşəri bu bəlada qurtarmaq insanların öz əlindədir. “Narkomaniya və QİÇS” mövzusunda məktəbin foyesində stend hazırlanmışdır. "Dəyirmi  masa" məktəbin biologiya müəllimləri Bukreyeva Evelina və Allahverdiyeva İlahə tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi