“Payızın son günü” adlı tədbir keçirilmişdir

       Məktəbin 1 "A" sinfində 30.11.2017-ci il tarixində “Payızın son günü” adlı tədbir keçirilmişdi. Tədbir həzin payız musiqisinin sədaları altında şagirdlərin payız fəslinə aid şeirləri ilə başlayır. Birincilər tədbirdə bir-birindən maraqlı “Çətirlər”, “Göy qurşağı” adlı rəqslər ifa edir,  payızda quşların uçub getməsinə aid kədərləndiklərini nümayiş etdirmək üçün şeirlər söyləyir, payıza aid maraqlı, məzəli tapmacalar deyirlər. Aylardan Sentyabr, Oktyabr, Noyabr öz çıxışlarını edirlər, Payızı, Yağışı, Küləyi və Torpağı dəvət edir və onlar da öz faydaları haqqında şagirdlərə məlumat verirlər. Tədbirin ən maraqlı anı isə cırtdanın səhnəyə gəlişi oldu. Cırtdan uşaqlardan meyvələrdən hansının   daha faydalı  olduğunu soruşanda onlar bunu meyvələrin özlərindən soruşmağı Cırtdana məsləhət gördülər. Meyvələr tərifləyirlər, mübahisə edirlər. Payız isə hər bir meyvənin öz yeri və faydası olduğunu onlara və uşaqlara başa salır. Tədbir məktəbin ibtidai sinif müəllimi Pirverdiyeva Məlahət tərəfindən hazırlanmışdır. Tədbirdə  məktəb rəhbərliyi,  müəllimlər iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi