B.Vahabzadənin “Vətəndaş” şeirinin məzmunu mövzusunda "Açıq dərs"

Məktəbin illik fəaliyyət planının 1.1.1.2- ci bəndinə əsasən fənlər üzrə bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması,əməkdaşlıq bacarıqlarının formalaşdırıılması məqsədilə 29.11.2017-ci il tarixində məktəbin 7 "A" sinfində ədəbiyyat fənnindən B.Vahabzadənin “Vətəndaş” şeirinin məzmunu mövzusunda açıq dərs keçirilmişdir. "Açıq dərs" müddətində şagirdlər şeirdə kimlərin əsl vətəndaş, kimlərinsə vətən xaini olduğunu öyrəndilər. Şairin də dediyi kimi əsl vətəndaş öz vəzifəsini peşəkarcasına yerinə yetirən şəxsdir. Bu şeirlə şagirdlərə öz vətəndaşlıq borclarını necə yerinə yetirəcəkləri aşılanmışdır. "Açıq dərs" məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şərifova Zəminə tərəfindən aparılmışdır. "Açıq dərs"də məktəb rəhbərliyi və ədəbiyyat müəllimləri iştirak etmişdirlər.