Məktəbin 1b sinfində "Payız inciləri" adlı tədbir keçirilmişdir

Məktəbin 1b sinfində 24.11.2017- ci il tarixində “Payız inciləri” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin ibtidai sinif müəllimi Rəhimova Zəlihə tərəfindən hazırlanmışdır. Yüksək səviyyədə keçirilən bu tədbir uşaqlar tərəfindən çox maraqla qarşılandı. “Payız inciləri” adlı tədbirdə əsas məqsəd ilin dörd fəsillərindən biri olan payız fəslinin bizə bəxş etdiyi nemətlərdən bəhs edərək uşaqlara aşılanmasıdır. Tədbirdə şagirdlər payız fəslinə aid şeirlər söylədilər, mahnılar oxudular, rəqslər nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişdilər.