“Uşaq konvensiyaları haqqında” "Açıq dərs" keçirilmişdir

        Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 2017-ci ilin 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə "Uşaq hüquqları aylığı"nın keçirilməsi elan edilmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri 87 № li tam orta orta məktəbdə "Uşaq hüquqları aylığı"çərçivəsində bir sıra tədbirlərin, açıq dərslərin keçirilməsinə start verilmişdir. Məktəbin 5 "Ç", "D", "E" siniflərinin şagirdləri arasında 15.11.2017-ci il tarixində “Uşaq konvensiyaları haqqında” "Açıq dərs" keçirilmişdir. Dərsin əvvəlində məktəbin tarix müəllimi Məmmədova Fəridə şagirdlərə “Konvensiya”, “Hüquq”, “Azadlıq” sözlərinin mənasını izah etdi, 1989-cu ildə BMT-nin assambleyası nəyə görə “Uşaq hüquqlarının konvensiyası”nın hansı faktorlara əsasən qəbul etməsini başa saldı. Şagirdlər öz hüquqları və azadlıqları haqqında məlumatlı olmasını göstərdilər. Hər üç sinfin şagirdləri müxtəlif uşaq problemləri haqqında məsələlər qaldırdılar və hər problemin həlli üçün lazım olan məsləhət verdilər. Uşaqlar göstərdilər ki, öz hüquqlarını yaxşı bilirlər, öz fikirlərini balaca olmaqlarını baxmayaraq öz hüquqlarını və məntiqi təfəkkürlərini yaxşı inkişaf etməsini göstərdilər. Hər bir sinif “Uşaqların hüquq və azadlığı” mövzusunda divar qəzeti, şəkillər hazırlanmışdır. "Açıq dərs" məktəbin tarix müəllimi Məmmədova Fəridə tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi