“Zorakılığın qarşısını necə almaq olar?” mövzusunda "Açıq dərs" keçirilmişdir

    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 2017-ci ilin 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə "Uşaq hüquqları aylığı"nın keçirilməsi elan edilmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri 87 № li tam orta orta məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində bir sıra tədbirlərin, açıq dərslərin keçirilməsinə start verilmişdir. Məktəbin 4 "C" sinfində “Zorakılığın qarşısını necə almaq olar?” mövzusunda "Açıq dərs" keçirilmişdir. Şagirdlər qruplara bölünərək müşahidə etdikləri zorakılıq hallarından birini seçib yoldaşlarına göstərmək üçün “Dondurulmuş səhnə” yaratdılar. Qeyri- zorakı halları da nümayiş etdirdikdən sonra siniflə müzakirə aparıldı, videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi