"Konstitusiya və Milli Dirçəliş Günü"nə həsr olunmuş "Dəyirmi masa"

Məktəbin illik fəaliyyət planının 1.3.12-ci bəndinə müvafiq olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə 15.11.2017-ci il tarixində məktəbdə Konstitusiya və Milli Dirçəliş Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi. İlk öncə şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin tarix müəllimi İbrahimova Afət tədbir iştirakçılarına Konstitusiya və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verdi. Bildirildi ki,1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq Konstitusiya qəbul edilmişdir. Məktəbin şagird və müəllim kollektivinın iştirak etdiyi dəyirmi masada şeir və kompozisiyalar təqdim edildi, konstitusiya və Milli Dirçəliş Günü ilə bağlı təqdimat göstərildi.