Məktəbdə Molla Pənah Vaqifin 300 illik yubileyi ilə keçirilmişdir

    Məktəbin illik fəaliyyət planının 1.3.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamların icrası məqsədilə 13.11.2017-ci il tarixində Bakı şəhəri 87 № li tam orta məktəbdə Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar olaraq VII, VIII, IX və X sinif şagirdlərinin iştirakı ilə  tədbir keçirilmişdir. Tədbirdə dahi Azərbaycan şairi, həqiqət və gözəllik aşiqi olan M.P.Vaqifin həyat və yaradıcılığından məlumat verildikdən sonra şagirdlər şairin müəllifi olduğu “Pəri” qoşması, “Bayram oldu” şeiri, “Hayıf ki, yoxdur” şeiri, “Bax” qəzəli, səsləndirdilər. Eyni zamanda şagirdlər tərəfindən S.Vurğunun “Vaqif” dramından “Vaqiflə Qacarın deyişməsi” səhnələşdirildi. XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim olan M.P.Vaqifin həyat və yaradıcılığını əks etdirən videoçarx göstərildi. Şairin sözlərinə yazılmış “Durnalar” mahnısı, VII sinif şagirdi tərəfindən rəqs ifa olundu. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi