"9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə məktəbin 3 "E" sinfində "Açıq dərs" keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.14-cü bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik,milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə məktəbin həyətində 10.11.2017-ci il tarixində “9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə məktəbin 3 "E" sinfində "Açıq dərs" keçirilmişdir. Dərs qrup şəklində aparıldı. Uşaqlar bayrağın rənglərinin və gerbin mənaları barədə danışdılar. Həmçinin bayraq və gerb haqqında şeirlər dedilər, Bayraq Meydanını təsvir etdilər, prezidentimiz İ.Əliyevin dövlət bayrağı haqqında dediyi sözlərdən sitat gətirdilər. Dərsin sonunda uşaqlar nəticə etibarı ilə bildirdilər ki, bayraq bizim xalqımızın azadlıq və müstəqillik simvoludur. Biz öz Vətənimiz və bayrağımızla fəxr edirik. Həmçinin biz belə böyük və gözəl bayrağın işğal altında olan ərazimizlərdə dalğalanmasını səbirsizliklə gözləyirik. "Açıq dərs" məktəbin ibtidai sinif müəllimi Akmeyeva Məryəm tərəfindən hazırlanmışdır.